Heydər Əliyev Muzeyi

      Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılmışdır. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri nümayiş olunur.

Muzey 5 bölmədən ibarətdir. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, ulu öndərə məxsus şəxsi əşyalar saxlanılır. Muzeyin fonduna ümumilikdə 5 minə yaxın eksponat daxildir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 25
Email: aliyev-museum@nakhchivan.az
www.aliyev-museum.nakhchivan.az
Telefon: (+994 36) 545-92-98