Cilovxanlı Məscidi (ХV əsr)

Naxçıvan Muxtar Respublikası ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyəti nümunələri içərisində kəndlərdə inşa olunmuş məscidlər də xüsusi yer tutur.

XV əsrdə inşa olunmuş məscid Babək rayonundakı Cəhri kəndinin Cilovxanlı məhəlləsində yerləşir. Məscid daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir, dördkünc formalı böyük salondan ibarətdir. Salonun daxilində qadınların ibadəti üçün ikinci mərtəbə inşa edilmişdir. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanmışdır, mehrabı tağ şəkilli taxçadan ibarətdir. Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur.

1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.