Nehrəm Kənd Məscidi (2016-cı il)

Müstəqillik dövründə Naxçıvanda inşa olunmuş məscidlər sırasında Şərq memarlıq üslubunda inşa edilən və 2016-cı ildə istifadəyə verilən Nehrəm kənd məscidinin özünəməxsus yeri vardır.

Məscid Babək rayonunun Nehrəm kəndində yerləşir. Bir mərtəbəli məscidin ümumi hündürlüyü 6,5 metrdir. Ümumi sahəsi 350 kvadratmetrdir. Dörd sütunludur. Divarlarının qalınlığı 60 santimetrdir. Məscid bir günbəzlidir. Günbəzin hündürlüyü 3,8 mertdir. Məsciddə 170 qadın, 180 kişi olmaqla 350 nəfər eyni vaxtda ibadət edə bilər. Məsciddə zaldan əlavə bir otaq var. Girişi şimal-şərqdən olan məscid bir minarəlidir. Minarənin hündürlüyü 24 metrdir.