Kazım Qarabəkir Paşa Məscidi

Naxçıvan şəhərində ibadətgah və memarlıq abidəsidir.

1921-ci ildə Qars müqaviləsini imzalamış, Mustafa Kamal Atatürkün silahdaşı, Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşanın şərəfinə inşa edilmişdir. Məscidin açılışı 1999-cu ildə olmuşdur. Ümummilli lider Heydər Əliyev və Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir abidənin açılış mərasimində çıxış etmişlər.