Asnı Piri

Kəngərli rayonun Qarabağlar kəndindən şimalda ziyarətgahdır.

Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır.

Qayaların arasından çıxan gur bulaq xalq tərəfindən müqəddəsləşdirilmiş və ziyarətgaha çevrilmişdir. Əvvəlcə pirin yaxınlığında möhrədən tikilmiş dörd künc formalı bina olmuşdur. Hazırda həmin binanın yerində monumental memarlıq abidəsi ucaldılmışdır. Pirin içərisində orta əsrlərə aid iki qəbir vardır. Qəbirlərdəki sinə daşlarının üzərində ərəb əlifbası ilə kitabələr vardır. Kitabələrə əsasən qəbir abidələrini XIV əsrə aid etmək olar. Lakin pirin tarixi Azərbaycan türklərinin dağ, su və ağac inancı ilə bağlı olub daha qədim dövrə gedib çıxır. Tədqiqatçılar piri e.ə. 1-ci minilliyə aid edirlər.