Kırna Türbəsi

Culfa rayonunun Kırna kəndində memarlıq abidəsidir.

Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar üslubunda diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə yürütməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvari günbəzlə örtülmüşdür. Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixinin dəqiq müəyyənləşdirilməsi mümkün deyil. Lakin türbənin memarlıq quruluşuna görə onun XIII əsrə aid olduğu ehtimal edilir.