Əbrəqunus Məscidi (2013-cü il)

Müstəqillik dövründə Naxçıvan ərazisində inşa edilən məscidlərdən biri də Əbrəqunus məscididir. Məscid Culfa rayonunun Əbrəqunus kəndində yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə 2013-cü ildə inşa edilmişdir.

Bir mərtəbəli məscidin ümumi sahəsi 320 kvadratmetrdir. Məscidin hündürlüyü 5,2 metrdir. Dörd sütunludur. Divarlarının qalınlığı isə 40 santimetrdir. Bir günbəzli məsciddə 220 nəfər eyni zamanda ibadət edə bilir. Girişi şimaldan olan məsciddə zaldan əlavə 4 otaq mövcuddur. Bir minarəlidir. Minarənin hündürlüyü 24 metrdir. Məscidə 1300 metrlik məsafədən içməli su xətti çəkilmişdir.