Xalq Qəhrəmanı Koroğlunun Abidəsi

Naxçıvan şəhərində, Naxçıvançayın sahilində, Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır.

Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar incəsənət xadimi, heykəltəraş Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.