Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Kitabxanalar
           Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, şəhər və rayonlarda olmaqla, 8 mərkəzləşmiş kitabxana sistemi və onların filialları fəaliyyət göstərir.



Məmməd Səid Ordubadi adına
Naxçıvan Muxtar Respublika Kitabxanası

      1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılmışdır. 1953-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.

      M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş, modernləşmiş kitabxana internetə qoşulmuş, 20 kompüter dəsti ilə təmin edilmişdir. Fondunda 300000 nüsxə çap məhsulu olan kitabxananın 26000-dən çox oxucusu var. 50 nəfərlik böyük oxu zalı, 35 nəfərlik dövrü mətbuat zalı, 10 nəfərlik komputer internet zalı fəaliyyət göstərir. Kitabxanada Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və digər dillərdə ədəbiyyat nümunələri vardır.

      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamına əsasən kitabxanada Elektron Kitabxana yaradılmışdır.

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi
Web site: www.e-kitab.nakhchivan.az
Telefonlar: (+994 36) 545-03-50, (+994 36) 545-03-49


Adil Babayev adına
Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası

           Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 1960-cı ildə Naxçıvan şəhər Uşaq Kitabxanasının bazasında yaradılmışdır. Fondunda 161000-dən çox nüsxə çap məmulatı olan kitabxananın 12000-dən çox oxucusu vardır. Kitabxanada 2 oxu zalı fəaliyyət göstərir.

Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi
Telefonlar: (+994 36) 545-48-03, (+994 36) 545-43-38

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018