Gopu

Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə birləşdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “Gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” yallısı üç hissədən – asta, orta və sürətli hissələrdən ibarətdir.