Uzundərə

Şərur rayonunda uzaq keçmişdə cəld templə ifa edilən oyun yallısı olub. Yallıda kişilərdən və qadınlardan ibarət ayrı-ayrılıqda iki cərgə yer alıb. Kişilərin yallıbaşısı əlində balaca çubuq, qadınların yallıbaşısı isə cib dəsmalı gəzdirərdi. Hər iki qrupun rəqsindən sonra yallıbaşılar “vuruşmağa”, bir növ, məzhəkə tərzində döyüşə başlayarlar.

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa və Ordubad rayonlarında “Uzundərə” rəqsi yaşadılmaqdadır.