Tello

Kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinlərini aşağı-yuxarı yırğalamaqla orta və sürətli templə ifa etdikləri yallı növüdür. Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən bu ən qədim rəqs növü həm də mahnı-yallıdır.