Tənzərə

Şərur rayonunun Çərçiboğan, Çomaxtur və başqa kəndlərində daha çox ifa olunan, folklor və rəqs kollektivlərinin repertuarlarına daxil edilən bu yallı növü hərfi mənada “Qızılı tənbətən” deməkdir. Qızıl bəzək-düzək – boyunbağı, muncuq, sırğa, üzük və başqa cəvahiratlar taxıb oynayan qadınlar yallı zamanı gözəllik və parlaqlığı simvolizə edirlər. Azərbaycan xalqının qədim rəqslərindən sayılan “Tənzərə”nin adı da məhz buradan götürülmüşdür. “Tənzərə” “yarı zər, yarı bəzək-düzək” deməkdir. Folklor və rəqs kollektivlərinin repertuarında özünə xüsusi yer alan bu yallı ikihissəlidir.