Asta Qarabağı

Adından göründüyü kimi, bu rəqs Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda yaranıb. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda geniş yayılmış bu rəqsə “Qarabağı” deyirlər. Kəngərli rayonunun Xıncab kəndində bu rəqsi yalnız qoca kişilər və qadınlar oynayırlar. Rəqsin hərəkət düzümü sabitdir, aram tempdə yerində, sonra isə bir qədər tərpənişlə ifa olunur. Şahbuz rayonunda bu rəqsi yalnız ahıl qadınlar ifa edirlər.