Qaladan qalaya

Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilərin, sağda isə qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı ifa ilə müşayiət olunur:

Qaladan qalaya
Bir daş olaydım,
Gələnə-gedənə
Yoldaş olaydım.

Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar.

Yallının ifaçıları bir-birinin dirsəyindən tutub sıx duraraq sağa doğru addım atır, sol ayağı sağ ayağın qarşısına çarpaz qoyurlar. Bu hərəkətlər yallı boyunca davam etdirilir.