Köçdü balaban

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayanda 5-6 nəfər dairə şəklində çiyin-çiyinə bərk tutub dayanır. Həmin sayda adam da onların çiyninə çıxır. Belə bir ana “Qazı-qazı” yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. “Köçdü balaban” rəqsində isə belə başlayır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər: sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə, dairə üzrə hərəkətlər davam etdirirlir.