Köçəri

Azərbaycanda, xüsusən Naxçıvan Muxtar Respublikasında daha çox yayılmış yallı növlərindəndir. Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Asta və sürətli hissələrdən ibarət olan “Köçəri” rəqsi üçvariantlıdır. Kişilərin və qadınların ardıcıl olaraq düzülüşündə yallıbaşı əlinə çubuq alır.

Qədim tarixə malik Naxçıvan diyarının Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarında nümayiş olunmaqla, toy şənliklərinə xüsusi rövnəq verir.