Dönə yallı

Adətən qadınların ifa etdikləri, ifa olunarkən “yar dönə, dönə, dönə” ifadəsinin səsləndirildiyi yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan “Dönə yallı”sında mahnını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan “Dönə yallı”sı Şərur Xalq Yallı Ansamblının repertuarında özünəməxsus yer tutmaqla yaşadılır.