Turacı

Turacı rəqsinə dair Naxçıvanda belə bir əfsanə var: “Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış. Xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir. Bu mənzərəyə heyran qalmış xan ucadan deyir: “Sən lap turac kimi oynayırsan”. O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqsi “Turacı” adlandırırlar.