Qatar məqamı

Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə qədər yaşadılan “Qatar məqamı” yallısını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında sağa dönük vəziyyətdə duraraq barmaqları ilə bir-birlərindən yapışırlar. Yallı orta və bir qədər sürətli templərdən ibarətdir.