Dördayaq

Azərbaycan xalq yallısının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdür. Bu yallı ən qədim yallılardan hesab olunur. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq ən sevimli yallılardan biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. “Dördayaq” Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarındakı toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.