Şərur yallısı

Bu yallını daha çox gənclər və uşaqlar ifa edirlər. 6-8 ifaçıdan ibarət olan yallı iki - orta və sürətli hissələrdən ibarətdir. Rəqs zamanı əllərin vəziyyəti bu cür olur: bir nəfərdən bir iştirakçılar arxadan əl-ələ verirlər. Yallıbaşının sağ əlində dəsmal olur, sol əli ilə arxadan III rəqqasın sağ əlini tutur. II rəqqas sağ əlilə I rəqqasın belindən, sol əli ilə isə arxadan IV rəqqasın sağ əlindən tutur. Bu cür düzülüş dəstənin son nəfərinə qədər davam edir. “Şərur yallısı” daha çox Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarındakı folklor kollektivlərinin repertuarında yer almaqdadır.