El yallısı (İkiayaq)

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan “El yallısı” 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növüdür. “El yallısı” sadə hərəkətlidir, lakin ifa tərzi bir qədər çətindir. Bu yallı növü Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən böyük həvəslə ifa edilərək yaşadılır.