Arazı

Araz çayı ətrafında yerləşən rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Asta, sonra isə sürətli ifa olunan ikihissəli yallını qadınlar və kişilər qarışıq şəkildə ifa edirlər.

Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə, toy və bayram mərasimlərində bu yallı növü folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.