Üçpəncə

Əfsanəyə görə, qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncəsi üzərində gəzdiyini görür. Ayı, dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq tullana-tullana yeriyirmiş. Bu hərəkət rəqsi xatırlatdığından kəndli gördüyü hərəkətlərin təsiri altında “Üçpəncə” yallısını qurur.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda “Üçpəncə” yallısı maraqla ifa edilir. Əsasən yaşlı adamların ifa etdikləri bu rəqs sakit və sürətli hissələrdən ibarətdir.