Haxışta

“Ha xışla” ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən, yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən “Halay” rəqsində olduğu kimi, dəstələr üzbəüz dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qadın dayanır. O, rəqs edə-edə haxışta deyir, düzülmüş dəstələrin üzvlərinə yanaşır onları növbə ilə rəqsə dəvət edir. Deyilən haxıştanın hər bəndinin ifasından sonra qızlar uca səslə “haxışta” deyirlər. Rəqsin musiqisi olmadığına görə ifaçı mətni alqış ritmi ilə söylənilir. Rəqs zərb alətləri (nağara, qoşanağara, dümbək) ilə də müşayiət edilir.