Zarı-zarı

Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. “Zarı-zarı” rəqsi toy şənliklərində, xınayaxdı mərasimlərində, əsasən, qadınlar tərəfindən oynanılır. Bu rəqsə kişi və uşaqların da ifasında təsadüf olunur.